11 dərsdən 2-ci dərs
İslam İsanın anası Məryəm haqqında nə deyir?
Qısa cavab
İsanın anası Məryəm İslamda ən hörmətli qadınlardan biridir. Quran deyir ki, Allah onu seçdi, tərtəmiz etdi və aləmlərin qadınlarından üstün tutdu. Bir çox alimlər bunu onun dövrünün qadınları kimi izah edirlər. Quranın bütöv bir surəsi onun adını daşıyır. O, Allahın möcüzəsi ilə bakirə olaraq İsanı dünyaya gətirdi. Peyğəmbər onu kamilliyə çatmış az sayda qadınlar sırasında saymışdır.
Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.
Qurandan
وَإِذۡ قَالَتِ ٱلۡمَلَٰٓئِكَةُ يَٰمَرۡيَمُ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصۡطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلۡعَٰلَمِينَ ﴿٤٢﴾ يَٰمَرۡيَمُ ٱقۡنُتِي لِرَبِّكِ وَٱسۡجُدِي وَٱرۡكَعِي مَعَ ٱلرَّٰكِعِينَ ﴿٤٣﴾
Bir zaman mələklər demişdilər: “Ey Məryəm, həqiqətən, Allah səni seçdi, tərtəmiz etdi və aləmlərin qadınlarından üstün tutdu. Ey Məryəm, Rəbbinə itaət et, səcdə qıl və rüku edənlərlə birlikdə rüku et!”
Ayələrin izahı
Ey Peyğəmbər! Mələklərin Məryəmə - aleyhəssəlam - bir zaman: "Həqiqətən, Allah sənə tərifəlayiq sifətlər bəxş etməklə seçdi, səni pisliklərdən pak etdi və zamanında olan aləmlərin qadınlarından üstün etdi" –dediyini xatırla.
Ey Məryəm! Namaz qıldıqda qıyamı uzat, Rəbbin üçün səcdə et və Allahın Ona rüku edən saleh qulları ilə birgə Sən də rüku et!"
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا ﴿١٦﴾ فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا ﴿١٧﴾ قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا ﴿١٨﴾ قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا ﴿١٩﴾ قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا ﴿٢٠﴾ قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا ﴿٢١﴾
Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. (Məryəm) dedi: “Mən səndən Rəhmana sığınıram! Əgər müttəqisənsə (mənə toxunma)”. (Mələk) dedi: “Mən sənə pak bir oğlan bəxş etmək üçün Rəbbinin (göndərdiyi) elçisiyəm”. (Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim necə övladım ola bilər?” (Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”».
Ayələrin izahı
Ey Peyğəmbər! Sənə nazil edilən Quranda Məryəmin - aleyhəssəlam - xəbərini də yada sal. Bir zaman o, Allaha ibadət məqsədilə ailəsindən ayrılıb təkbaşına şərq tərəfdə olan xəlvət bir yerə çəkilmişdi.
Məryəm, Rəbbinə ibadət etdikdə qövmü onu görməməsi üçün özü ilə onlar arasında bir pərdə tutmuşdu. Biz Cəbraili - aleyhissəlam - onun yanına göndərdik. Cəbraili - aleyhissəlam - da Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. Bu zaman Məryəm bu kimsənin ona bir zərər verəcəyindən qorxdu.
Məryəm, qarşısında kamil bir insan surətində peyda olan bu kimsənin ona tərəf gəldiyini görüncə ona: "Ey İnsan! Əgər Allahdan qorxan, təqvalı bir kimsəsənsə, sənin mənə bir pislik toxundurmağından Rəhman olan Allaha sığınıram!"
Cəbraili - aleyhissəlam - Məryəmə belə dedi: "Mən bəşər övladından deyiləm. Mən Rəbbimin sənə pak bir oğlan övladı bəxş etmək üçün göndərdiyi bir elçisiyəm!"
Məryəm təəccüblənərək dedi: "Mənə bir ər və ya başqa biri yaxınlaşmamış ikən, özüm də zinakar olmadığım bir halda, necə mənim övladım ola bilər?!"
Cəbraili - aleyhissəlam - Məryəmə dedi: "Bəli, həqiqət dediyin kimidir. Sənə bir ər və ya başqa biri yaxınlaşmamış və özün də əsla zinakar bir qadın olmamışsan. Lakin pak və uca Rəbbin belə buyurdu: "Atasız bir övlad yaratmaq Mənim üçün asandır. Uca Allah, sənə bəxş edilən bu övladı insanlar üçün Allahın qüdrətinə dəlalət edən bir möcüzə, sənə və ona iman edənlərə isə bir mərhəmət edəcəkdir. Övladının belə xəlq edilməsi əvvəlcədən uca Allah tərəfindən əzəldən müəyyən edilmiş və Lövhi-məhfuzda yazılmış bir işdir!"
وَمَرۡيَمَ ٱبۡنَتَ عِمۡرَٰنَ ٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهِ مِن رُّوحِنَا وَصَدَّقَتۡ بِكَلِمَٰتِ رَبِّهَا وَكُتُبِهِۦ وَكَانَتۡ مِنَ ٱلۡقَٰنِتِينَ ﴿١٢﴾
(Allah, həmçinin,) ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona (Cəbrail vasitəsilə libasının yaxasından) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu.
Ayələrin izahı
Allah, Allaha və Onun rəsuluna iman gətirənlərə özünü zinadan qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Allah Cəbrailə Məryəmə (ruhu) üfürməyi əmr etdi, beləliklə də, Məryəm özünə bir kişi toxunmadan İsaya hamilə qaldı. Məryəm Allahın hökmlərini və Onun elçilərinə nazil edilmiş kitabları təsdiqlədi, həm də, Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinərək Ona itaət edənlərdən oldu.