11 dərsdən 1-ci dərs
Müsəlmanlar yəhudi və xristianlarla eyni Allaha ibadət edirlərmi?
Qısa cavab
Müsəlmanlar hər şeyi yaradan, İbrahimin, Musanın və İsanın Rəbbinə ibadət edirlər. “Allah” Tanrının ərəbcə adıdır və ərəb xristianlar da bu addan istifadə edirlər. Quran müsəlmanlara yəhudi və xristianlara belə deməyi əmr edir: Bizim də ilahımız, sizin də ilahınız birdir. Bununla belə, müsəlmanlar Allah haqqında mühüm inanclarda, məsələn, İslamın rədd etdiyi üçlük (təslis) inancında onlardan fərqlənirlər və hər kəsi şərik qoşmadan yalnız Ona ibadət etməyə dəvət edirlər.
Qabas tərəfindən yazılıb və Qurani-Kərimin Müxtəsər təfsiri, İbn Kəsir təfsiri və HadeethEnc.com şərhləri əsasında yoxlanılıb.
Qurandan
۞ وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ ﴿٤٦﴾
İçərilərindən zülm edənlər müstəsna olmaqla Kitab əhli ilə gözəl tərzdə mücadilə edin və (belə) deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir. Biz yalnız Ona təslim olanlarıq”.
Ayələrin izahı
Ey möminlər, yəhudilər və nəsranilərlə ən gözəl tərzdə mübahisə və onlarla ən yaxşı üslubda münaqişə edin - yəni nəsihət etməklə və açıq-aydın dəlilləri ortaya qoymaqla dəvət edin. Yalnız inadkarlıq və təkəbbürlük göstərib özlərinə zülm edən və sizə qarşı hərb elan etmiş kimsələrdən başqa. Onlar İslam dinini qəbul edənədək və ya alçalmış halda cizyə verənədək onlarla vuruşun. Yəhudilərə və nəsranilərə deyin: “Biz, Allahın Qurandan bizə nazil etdiyinə, Tövrat və İncildən sizə nazil etdiyinə iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir, Onun nə uluhiyyə tovhidində, nə rububiyyə tovhidində, nə də kamil ad və sifətlərində, heç bir şəriki yoxdur. Biz yalnız Ona təslim olanlar və yalnız Ona boyun əyənlərik.”
قُلۡ يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ ﴿٦٤﴾
De: “Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”
Ayələrin izahı
Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Gəlin hamımız bir olub, ədalət kəlməsinin ətrafında birləşək ki, Allahı ibadətdə təkləşdirək, kim və nə olmasından aslı olmayaraq, Allahdan başqasına ibadət etməyək və Allahı qoyub bir-birimizi ibadət və itaət edilən ilahlar etməyək". Əgər onlar, sənin onları dəvət etdiyin haqq və ədalətdən yenə üz çevirsələr, bu zaman, - ey möminlər! - onlara deyin: "Şahid olun ki, biz Uca Allaha ibadət və itaətlə təslim olan müsəlmanlarıq!"