Ash-Shura surəsi, ayə 8

42:8

وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ ٨

Walaw shā'allāhu laja'alahum ummatan wāhidatan walākin yudkhilu man yashā'u fī rahmatihī waz-zālimūna mā lahum min waliyyin walā nasīr

Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı.

Təfsir

Əgər Allah istəsəydi, on­ları İslam dini üzərində olan tək bir ümmət edər və hamısını Cənnətə daxil edərdi. Lakin O, Öz hikməti ilə istədiyini İslam dininə yönəldir və onu Cənnətə daxil edir. Küfr və asiliklər etməklə öz nəfslərinə zülm etmiş kimsələrin isə nə bir qoruyan himayəçisi olar, nə də Allahın əzabından xilas edən bir köməkçisi.