Ash-Shura surəsi, ayə 9

42:9

أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٩

Amit-takhadhū min dūnihī awliyā'a fallāhu huwal-waliyyu wahuwa yuhyil-mawtā wahuwa 'alā kulli shay'in qadīr

Yoxsa onlar özlərinə Allahdan başqa himayəçilər götürdülər. (Halbuki,) Himayədar yalnız Allahdır. O, ölüləri dirildir. O, hər şeyə qadirdir.

Təfsir

Müşriklər özlərini himayə etmək üçün özlərinə Allahdan başqa hamilər götürdülər. Hal­bu­ki, haqq hi­mayədar yalnız Allahdır. Ondan başqası nə xeyir verə bilər, nə də zərər. O, qiyamət günü haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün onları dirildəcəkdir. O, Pak və müqəddəsdir və heç bir şey Onu aciz qoya bilməz.