وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ ٧
Wakadhālika awhaynā ilayka qur'ānan 'arabiyyal litundhira ummal-qurā waman hawlahā watundhira yawmal-jam'i lā rayba fīhi farīqun fil-jannati wafarīqun fis-sa'īr
Beləliklə, Biz, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları xəbərdar edəsən və (barəsində) heç bir şübhə olmayan məhşər günü ilə qorxudasan deyə, sənə ərəbcə Quran vəhy etdik. Bir qismi (möminlər) Cənnətdə, digər qismi (kafirlər) isə Odda olacaqdır.
Təfsir
Ey Peyğəmbər, səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də, ərəbcə Quran vəhy etdik ki, Məkkə əhlini və onun ətrafındakı ərəb kəndlərini, sonra da, bütün insanları xəbərdar edəsən, habelə, insanları qiyamət günü ilə - Allahın əvvəlki və sonrakı insanların hamısını bir yerə toplayıb haqq-hesaba çəkəcəyi və əməllərinin əvəzini verəcəyi ilə qorxudasan. O günün vaqe olacağına dair heç bir şəkk-şübhə yoxdur. O gün insanlar iki dəstəyə ayrılacaq: bir dəstə - yəni, möminlər Cənnətdə, bir dəstə də - yəni, kafirlər Cəhənnəmdə olacaq.