Ash-Shu'ara surəsi, ayə 208

26:208

وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا لَهَا مُنذِرُونَ ٢٠٨

Wamā ahlaknā min qaryatin illā lahā mundhirūn

Biz heç bir məmləkəti ora xəbərdar edənlər göndərmədən məhv etmədik.

Təfsir

Biz heç bir ümməti, elçilər göndərib və kitablar nazil edərək xəbərdarlıq etməzdən öncə məhv etmədik.