ذِكۡرَىٰ وَمَا كُنَّا ظَٰلِمِينَ ٢٠٩
Dhikrā wamā kunnā zālimīn
(Xəbərdar edənləri də) öyüd-nəsihət vermək üçün (göndərdik). Biz əsla zalım olmamışıq!
Təfsir
Biz bunu, onlara öyüd-nəsihət vermək və xatırlatmaq üçün belə etdik. Biz onlara, elçilər göndərib və kitablar nazil edərək bütün üzürləri aradan qaldırdıqdan sonra əzab verməyimizlə əsla zalımlardan olmadıq!