An-Nisa surəsi, ayə 76

4:76

ٱلَّذِينَ ءَامَنُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱللَّهِۖ وَٱلَّذِينَ كَفَرُواْ يُقَٰتِلُونَ فِي سَبِيلِ ٱلطَّٰغُوتِ فَقَٰتِلُوٓاْ أَوۡلِيَآءَ ٱلشَّيۡطَٰنِۖ إِنَّ كَيۡدَ ٱلشَّيۡطَٰنِ كَانَ ضَعِيفًا ٧٦

Alladhīna āmanū yuqātilūna fī sabīlillāhi walladhīna kafarū yuqātilūna fī sabīlit-tāghūti faqātilū awliyā'ash-shaytāni inna kaydash-shaytāni kāna da'īfā

İman gətirənlər Allah yolunda, kafir olanlar isə tağut (şeytan) yolunda vuruşurlar. Elə isə şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir.

Təfsir

Sadiq mömünlər Allah kəlməsini uca tutmaq üçün Allah yo­lun­da, kafirlər isə öz ilahları yo­lunda döyüşürlər. Elə isə siz şeytanın köməkçiləri ilə döyüşün! Əgər siz onlarla döyüşsəniz, onları məğlub edəcəksiniz. Çünki şey­ta­nın hiyləsi zəifdir, onun hiyləsi Uca Allaha təvəkkül edənlərə zərər yetirə bilməz.