An-Nisa surəsi, ayə 77

4:77

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمۡ كُفُّوٓاْ أَيۡدِيَكُمۡ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ إِذَا فَرِيقٞ مِّنۡهُمۡ يَخۡشَوۡنَ ٱلنَّاسَ كَخَشۡيَةِ ٱللَّهِ أَوۡ أَشَدَّ خَشۡيَةٗۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبۡتَ عَلَيۡنَا ٱلۡقِتَالَ لَوۡلَآ أَخَّرۡتَنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖۗ قُلۡ مَتَٰعُ ٱلدُّنۡيَا قَلِيلٞ وَٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظۡلَمُونَ فَتِيلًا ٧٧

Alam tara ilal-ladhīna qīla lahum kuffū aydiyakum wa aqīmus-salawāta wa ātuz-zakawāta falammā kutiba 'alayhimul-qitālu idhā farīqum minhum yakhshawnan-nāsa kakhashyatillāhi aw ashadda khashyatan waqālū rabbanā lima katabta 'alaynal-qitāla lawlā akkhartanā ilā ajalin qarībin qul matā'ud-dunyā qalīlun wal-ākhiratu khayrul limanit-taqā walā tuzlamūna fatīlā

Məgər sən, özlərinə: “(Döyüşdən) əl çəkin, namaz qılın və zəkat verin!”– deyilən kəsləri görmədinmi? Onlara vuruşmaq fərz buyrulduqda, içərilərindən bir dəstəsi Allahdan qorxduqları kimi, hətta daha artıq qorxu ilə insanlardan qorxdular və: “Ey Rəbbimiz! Nə üçün vuruşmağı bizə fərz buyurdun? Nə olardı ki, bizə yaxın vaxtadək möhlət verəydin!”– dedilər. De: “Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çəyirdəyindəki lif qədər belə haqsızlıq edilməz”.

Təfsir

Ey Peyğəmbər! Məgər sən, özlərinə cihadın fərz edilməsini istəyən bəzi əshabını gör­mədinmi? Onlara: "Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin - bu, cihad fərz edilməzdən əvvəl idi"– deyilmişdi. Elə ki, Mədinəyə hicrət etdilər, İslam qüvvətləndi və on­lara döyüşmək fərz buyrulduqda, bu onlardan bəzilərinə ağır gəldi və onlar Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: "Ey Rəbbi­miz! Nə üçün döyüşməyi bizə fərz buyurdun? Nə olardı ki, dünyadan ləzzət almaq üçün bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!"– dedi­lər. Ey Peyğəmbər! De: "Dün­yanın ləz­zəti nə qədər çox olsada az­ və müvəqqətidir, Uca Allahdan qorxanlar üçün, nemətləri daimi olduğuna görə axi­rət daha xeyirlidir. Sizin xur­ma çər­də­yin­dəki lif qədər belə saleh əməllərinizdən heç bir azaldılmaz".