An-Nisa surəsi, ayə 154

4:154

وَرَفَعۡنَا فَوۡقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمۡ وَقُلۡنَا لَهُمُ ٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُلۡنَا لَهُمۡ لَا تَعۡدُواْ فِي ٱلسَّبۡتِ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا ١٥٤

Warafa'nā fawqahumut-tūra bimīthāqihim waqulnā lahumudkhulul-bāba sujjadan waqulnā lahum lā ta'dū fis-sabti wa akhadhnā minhum mīthāqan ghalīzā

Biz onlardan aldığımız əhdə görə, Tur dağını (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “Şənbə günü qadağasını pozmayın!”– dedik. Biz onlardan möhkəm bir əhd aldıq.

Təfsir

Biz onlardan aldığımız möh­kəm əh­də əməl etmələri üçün qorxsunlar deyə, dağı oların başı üzə­ri­nə qal­dır­dıq və qağı qaldırdıqdan sonra on­la­ra: "Beytülməqdis qapısın­dan başınızı əyilmiş halda səcdə edərək daxil olun!"– de­dik. Onlar isə oraya yanları üstə sü­rünə-sürünə daxil oldular. Biz on­lara: "Şənbə günü ov edərək sizə qo­yul­muş qadağanı poz­ma­yın!"– de­dik. Onlar isə buna məhəl qoymadan bu qadağanı pozub şənbə günü ov etdilər. Bizdə buna görə onlardan möh­kəm bir əhd a­dıq. Amma onlar isə yenə də bu əhdi pozdular.