An-Nisa surəsi, ayə 155

4:155

فَبِمَا نَقۡضِهِم مِّيثَٰقَهُمۡ وَكُفۡرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتۡلِهِمُ ٱلۡأَنۢبِيَآءَ بِغَيۡرِ حَقّٖ وَقَوۡلِهِمۡ قُلُوبُنَا غُلۡفُۢۚ بَلۡ طَبَعَ ٱللَّهُ عَلَيۡهَا بِكُفۡرِهِمۡ فَلَا يُؤۡمِنُونَ إِلَّا قَلِيلٗا ١٥٥

Fabimā naqdihim mīthāqahum wakufrihim bi'āyātillāhi waqatlihimul-ambiyā'a bighayri haqqin waqawlihim qulūbunā ghulfu bal taba'allāhu 'alayhā bikufrihim falā yu'minūna illā qalīlā

Onlar əhdlərini pozduqlarına, Allahın ayələrinə küfr etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz qapalıdır!”– demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onların yalnız az bir qismi iman gətirər.

Təfsir

Onlardan aldığımız möhkəm əhdi poz­duqları, Alla­hın ayələ­rinə küfr et­mələri, pey­­ğəm­bər­ləri haq­sız yerə öldürməyə cürət etmələri və Muhəmmədə - sallallahu aleyhi və səlləm: "Qəlb­lə­ri­miz qa­pa­lı­dır, sənin dediyinə anlamırıq!"– demələ­ri səbəbindən onları rəhmərimizdən qovduq. Amma həqiqət heç də onların dediyi kimi deyildir, əksinə, Allah onların qəl­blərinə möhür vurmuş və o qəlblərə xeyir yetişməz. Elə buna görə də onların az bir qismi onlara fayda verməyəcək dərəcədə ol­duqca az inanırlar.