يَسۡـَٔلُكَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيۡهِمۡ كِتَٰبٗا مِّنَ ٱلسَّمَآءِۚ فَقَدۡ سَأَلُواْ مُوسَىٰٓ أَكۡبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓاْ أَرِنَا ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ بِظُلۡمِهِمۡۚ ثُمَّ ٱتَّخَذُواْ ٱلۡعِجۡلَ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ فَعَفَوۡنَا عَن ذَٰلِكَۚ وَءَاتَيۡنَا مُوسَىٰ سُلۡطَٰنٗا مُّبِينٗا ١٥٣
Yas'aluka ahlul-kitābi an tunazzila 'alayhim kitābam minas-samā'i faqad sa'alū mūsā akbara min dhālika faqālū arinallāha jahratan fa akhadhathumus-sā'iqatu bizulmihim thummat-takhadhul-'ijla mim ba'di mā jā'athumul-bayyinātu fa'afawnā 'an dhālika wa ātaynā mūsā sultānam mubīnā
Kitab əhli səndən onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: “Allahı bizə açıq-aşkar göstər!”– demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.
Təfsir
Ey Peyğəmbər! Yəhudilər səndən, sənin sadiqliyinin əlaməti olaraq, Musaya nazil edildiyi kimi onlara bir dəfədə göydən bir kitab endirməyini istəyirlər. Sən buna təəccüb etmə, çünki onların ata-babaları Musadan, səndən istədiklərindən də daha böyüyünü tələb edərək, onlara Allahı açıq-aşkar göstərməsini istəmişdilər. Etdikləri günahın cəzası olaraq onları ildırım vurmuşdu. Sonra Allah onları diriltdi. Sonra da onlara Allahın təkliyinə, rübubiyyətin və üluhiyyətin yalnız Allaha aid olduğuna dəlalət edən açıq-aydın dəlillər gəldikdən sonra Allahı qoyub özlərinə buzovu məbud qəbul etdilər. Biz onların bu günahını da əfv etdik və Musaya qövmünə qarşı açıq-aşkar dəlil verdik.