An-Nisa surəsi, ayə 148

4:148

۞ لَّا يُحِبُّ ٱللَّهُ ٱلۡجَهۡرَ بِٱلسُّوٓءِ مِنَ ٱلۡقَوۡلِ إِلَّا مَن ظُلِمَۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا ١٤٨

Llā yuhibbullāhul-jahra bis-sū'i minal-qawli illā man zulima wakānallāhu samī'an 'alīmā

Allah pis sözün ucadan deyilməsini sevməz. Yalnız zülmə məruz qalmış kimsələr müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir.

Təfsir

Allah pis sözün açıq de­yil­mə­sini sevməz. Əksinə buna qəzəblənər və onu deyən kimsəyə əzab verər. Lakin zülmə mə­­ruz qalmış kimsələrin, ona zülm edəndən şikayətini bildirməsi, ona bəd dua etməsi və ona deyilən pis sözün eyni ilə deyənə qaytarması kimi pis sözü açıq deməsi müstəsnadır. Amma məzlumun səbir etməsi pis söz deməsindən daha əfzəldir. Allah sizin dediyiniz sözləri eşidəndir, niyyətlərinizi bi­ləndir, elə isə pis söz söyləməkdən yaxud bu niyyətdə olmaqdan çəkinin.