An-Nisa surəsi, ayə 149

4:149

إِن تُبۡدُواْ خَيۡرًا أَوۡ تُخۡفُوهُ أَوۡ تَعۡفُواْ عَن سُوٓءٖ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوّٗا قَدِيرًا ١٤٩

In tubdū khayran aw tukhfūhu aw ta'fū 'an sū'in fa innallāha kāna 'afuwwan qadīrā

Əgər bir xeyri aşkara çıxarsanız və ya onu gizlətsəniz, yaxud bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, (hər şeyə) qadirdir.

Təfsir

Əgər söz və əməl ilə olan hər hansı bir xeyri aşkara çı­xar­sanız və ya onu giz­lində saxlasanız, ya­xud sizə qarşı edilən bir pisliyi bağış­la­sa­nız, bilin ki, Allah əfv edəndir, O, hər şeyə qa­dir­dir. Elə buna görə də insanları əfv etmək əxlaqınız olsun ki, bəlkə Allah, sizi əfv etsin.