مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا ١٤٧
Mmā yaf'alullāhu bi'adhābikum in shakartum wa āmantum wakānallāhu shākiran 'alīmā
Əgər şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin! Allah şükrün əvəzini verəndir, (hər şeyi) biləndir.
Təfsir
Əgər Allaha şükür edib Ona iman gətirsəniz, Allahın sizə əzab versinə heç bir ehtiyacı yoxdur, O, yaxşılıq edəndir, rəhmlidir! Allah sizə yalnız günahlarınız üzündən əzab verər. Əgər əməlinizi düzəltsəniz, sizə bəxş etdiyi nemətlərinə şükür edib, Allaha aşkarda və gizlində iman etsəniz O, sizə heç vaxt əzab verməz. Allah, Onun nemətlərini etiraf edən kimsəyə çoxlu savab bəxş edər və ona şükrün əvəzini verər. Allah məxluqatın imanını biləndir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir