إِنَّ ٱلۡمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمۡ وَإِذَا قَامُوٓاْ إِلَى ٱلصَّلَوٰةِ قَامُواْ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذۡكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلٗا ١٤٢
Innal-munāfiqīna yukhādi'ūnallāha wahuwa khādi'uhum wa idhā qāmū ilas-salawāti qāmū kusālā yurā'ūnan-nāsa walā yadhkurūnallāha illā qalīlā
Münafiqlər Allahı aldatmağa çalışırlar. Əslində isə Allah onları aldadır. Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.
Təfsir
Həqiqətən, münafiqlər İslamda olduqlarını göstərib, qəlblərindəki küfrü gizlədərək Allahı aldatmağa çalışırlar. Halbuki Allah onları aldadır. Çünki Allah onların küfrlərini bildiyi halda canlarını qorumuş və axirətdə onlar üçün şiddətli əzab hazırlamışdır. Onlar namaza durarkən, namaza nifrət edərək, tənbəl halda və namazı xalisla Allah üçün deyil, yalnız özlərini möminlərə göstərmək üçün qalxarlar, möminləri gördükdə isə Allahı olduqca az yad edərlər.