An-Nisa surəsi, ayə 143

4:143

مُّذَبۡذَبِينَ بَيۡنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَٰٓؤُلَآءِۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلٗا ١٤٣

Mmudhabdhabīna bayna dhālika lā ilā hā'ulā'i walā ilā hā'ulā'i waman yudlilillāhu falan tajida lahū sabīlā

Onlar (imanla küfr arasında) tərəddüd edir; nə bunlara, nə də onlara tərəf olurlar. Allahın azdırdığı kəs üçün heç bir yol tapa bilməzsən.

Təfsir

Bu münafiqlər çaşqınlıq içərisində tə­rəddüd edirlər, onlar nə zahirdə və nə batində möminlərlə birgədirlər, nə də ki, kafirlərlə. Əksinə, zahirləri möminlərlə birgə olsada, qəlbləri isə kafirlərlə birgədir. Ey Peyğəmbər! Alla­hın az­dır­dığı kəs üçün zəlalətdən hidayətə heç bir yol tapa bilməzsən.