An-Nahl surəsi, ayə 102

16:102

قُلۡ نَزَّلَهُۥ رُوحُ ٱلۡقُدُسِ مِن رَّبِّكَ بِٱلۡحَقِّ لِيُثَبِّتَ ٱلَّذِينَ ءَامَنُواْ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ ١٠٢

Qul nazzalahū rūhul-qudusi mir rabbika bil-haqqi liyuthabbital-ladhīna āmanū wahudan wabushrā lil-muslimīn

De: “Müqəddəs Ruh (Cəbrail) onu sənin Rəbbindən, iman gətirənləri sabitqədəm etmək, müsəlmanlara doğru yol göstərmək və müjdə vermək üçün haqq olaraq nazil etmişdir”.

Təfsir

Ey Peyğəmbər! Onlara belə de: "Cəb­rail – aleyhissəlam – bu Quranı uca Allah yanından heç bir xəta, dəyişiklik və təhrif olmadan, Allaha iman gə­ti­rənlərin hər dəfə yeni bir ayə nazil edildikdə və bəzi ayələri nəsx etdikdə imanlarının sa­bit­qədəm olması, mü­səlman­lara doğru yol göstəricisi və onlara böyük bir savabla müjdə olsun deyə gerçək olaraq nazil etmişdir!"