An-Nahl surəsi, ayə 101

16:101

وَإِذَا بَدَّلۡنَآ ءَايَةٗ مَّكَانَ ءَايَةٖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُنَزِّلُ قَالُوٓاْ إِنَّمَآ أَنتَ مُفۡتَرِۭۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ ١٠١

Wa idhā baddalnā āyatam makāna āyatin wallāhu a'lamu bimā yunazzilu qālū innamā anta muftari bal aktharuhum lā ya'lamūn

Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların əksəriyyəti (bunu) bilməz.

Təfsir

Biz Quranda bir ayənin hökmünü başqa bir ayə ilə nəsx etdikdə -uca Allah müəyyən bir hikmət üçün hansı ayəni Qurandan nəsx edib, hansınıda nəxs etməyini daha yaxşı bilir - Kafirlər Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Ey Mühamməd! Sən an­caq Allah adından yalan uydurub, özündən danışan bir ifti­ra­çısan!" – deyir­lər. Xeyr! On­la­rın çoxu uca Allah bir ayənin hökmünü qüsursuz, ilahi bir hikmətdən örtü nəsx etdiyini bilməz!