An-Nahl surəsi, ayə 103

16:103

وَلَقَدۡ نَعۡلَمُ أَنَّهُمۡ يَقُولُونَ إِنَّمَا يُعَلِّمُهُۥ بَشَرٞۗ لِّسَانُ ٱلَّذِي يُلۡحِدُونَ إِلَيۡهِ أَعۡجَمِيّٞ وَهَٰذَا لِسَانٌ عَرَبِيّٞ مُّبِينٌ ١٠٣

Walaqad na'lamu annahum yaqūlūna innamā yu'allimuhū basharul lisānul-ladhī yulhidūna ilayhi a'jamiyyun wahādhā lisānun 'arabiyyum mubīn

Biz onların: “(Quranı) ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların istinad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir.

Təfsir

Biz müşriklərin: "Quranı Muhammədə (sallallahu aleyhi və səlləm) bir in­san öyrədir!" – de­dik­lə­ri­ni bi­lirik. Halbuki onla­r ortaya atdıqları bu iddialarında yalançıdırlar. Peyğəmbərə Quranı öyrətdiyini istinad et­dik­ləri şəx­sin dili əcnəbi dil­dir. Bu Quran isə açıq-aydın, bəlağətli və fəsahətli ərəb dilində nazil edilmişdir. Axı belə olduğu təqdirdə, onlar, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) Quranı bir əcnəbi öyrətdiyini necə iddia edirlər?!