Al-Ma'idah surəsi, ayə 43

5:43

وَكَيۡفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ ٱلتَّوۡرَىٰةُ فِيهَا حُكۡمُ ٱللَّهِ ثُمَّ يَتَوَلَّوۡنَ مِنۢ بَعۡدِ ذَٰلِكَۚ وَمَآ أُوْلَٰٓئِكَ بِٱلۡمُؤۡمِنِينَ ٤٣

Wakayfa yuhakkimūnaka wa'indahumut-tawrātu fīhā hukmullāhi thumma yatawallawna mim ba'di dhālika wamā ulā'ika bil-mu'minīn

İçərisində Allahın hökmü olan Tövrat özlərində olduğu halda, onlar səni necə hakim təyin edirlər? Hələ bir bundan sonra da (verdiyin hökmdən) üz çevirirlər. Onlar iman gətirmiş kimsələr deyillər.

Təfsir

Həqiqətən, yəhudilərin işi çox qəribədir. Onlar səni inkar edirlər, amma içində Allahın hökmü olan və özlərinin də iman gətirdiklərini idda etdikləri Töv­rat onlarda olduğu halda, sənin, onların nəfsi istəklərinə müvafiq hökm verməyinə tamah edərək, səndən onlar arasında hökm verməni istəyirlər. Sonra da sənin verdiyin hökm öz nəfsi istəklərinə müvafiq olmadıqda, ondan üz çevirirlər. On­­ların etdikləri bu əməl, iman gətirmiş kimsələrin etdiyi əməl deyildir. Elə isə onlar, nə sənə, nə də sənin gətirdiyinə iman etmiş kimsələrdir.