Al-Ma'idah surəsi, ayə 44

5:44

إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ وَٱلرَّبَّٰنِيُّونَ وَٱلۡأَحۡبَارُ بِمَا ٱسۡتُحۡفِظُواْ مِن كِتَٰبِ ٱللَّهِ وَكَانُواْ عَلَيۡهِ شُهَدَآءَۚ فَلَا تَخۡشَوُاْ ٱلنَّاسَ وَٱخۡشَوۡنِ وَلَا تَشۡتَرُواْ بِـَٔايَٰتِي ثَمَنٗا قَلِيلٗاۚ وَمَن لَّمۡ يَحۡكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَٰفِرُونَ ٤٤

Innā anzalnat-tawrāta fīhā hudan wanūrun yahkumu bihan-nabiyyūnal-ladhīna aslamū lilladhīna hādū war-rabbāniyyūna wal-ahbāru bimastuhfizū min kitābillāhi wakānū 'alayhi shuhadā'a falā takhshawun-nāsa wakhshawni walā tashtarū bi'āyātī thamanan qalīlan wamal lam yahkum bimā anzalallāhu fa ulā'ika humul-kāfirūn

Şübhəsiz ki, Biz, içində hidayət və nur olan Tövratı nazil etdik. Özlərini (Allaha) təslim edən peyğəmbərlər bununla yəhudilər arasında hökm edərdilər. Din xadimləri və elm adamları isə Allahın kitabından qorunub saxlanılanlarla hökm verərdilər. Onlar buna şahiddirlər. Elə isə insanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirdirlər.

Təfsir

Həqiqətən, Tövratı Musaya - aleyhissəlam - Biz na­­zil etdik. Orada xeyirə yönəldən doğru yol və işıq saçan nur vardır. Alla­ha itaətlə boyun əyən İsrail oğullarının pey­ğəm­bərləri və insanları, Allah, Öz kitabında qoru­nub sax­ladığı hökmlərlə tərbiyə edən din xadimləri və fəqihlər onunla hökm verərdi­lər. Allah on­ları kitaba təhrif və dəyişiklik etməkdən qorumaları üçün etibarlı insanlar etmişdir. Onlar bu kitabın haqq bir kitab olmasını şahiddirlər və insanlar da bu kitab barədə bilği almaq istədikdə onlara müraciət edirdilər. Ey Yəhudilər! İn­sanlardan qorx­mayın, tək Məndən qor­xun! Allahın nazil etdiyi ilə hökmü verməyi başçılıq, şan-şöhrət və mal-dövlət kimi ucuz qiymətə dəyişməyin. Allahın nazil etdiyi vəhy ilə hökm verməməsini özünə halal görən yaxud başqa hökmləri Allahın hökmündən üstün, yaxud Allahın hökmünə bərabər tutaraq Allahın nazil etdiyi ilə hökm etməyənlər, ka­firdirlər.