Al-Ma'idah surəsi, ayə 42

5:42

سَمَّٰعُونَ لِلۡكَذِبِ أَكَّٰلُونَ لِلسُّحۡتِۚ فَإِن جَآءُوكَ فَٱحۡكُم بَيۡنَهُمۡ أَوۡ أَعۡرِضۡ عَنۡهُمۡۖ وَإِن تُعۡرِضۡ عَنۡهُمۡ فَلَن يَضُرُّوكَ شَيۡـٔٗاۖ وَإِنۡ حَكَمۡتَ فَٱحۡكُم بَيۡنَهُم بِٱلۡقِسۡطِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ ٤٢

Sammā'ūna lil-kadhibi akkālūna lis-suhti fa in jā'ūka fahkum baynahum aw a'rid 'anhum wa in tu'rid 'anhum falan yadurrūka shay'an wa in hakamta fahkum baynahum bil-qisti innallāha yuhibbul-muqsitīn

Onlar yalana həvəslə qulaq asır və daima haram yeyirlər. Əgər onlar sənin yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevər.

Təfsir

Bu yəhudilər yalana həddən çox qu­laq asır və sələm kimi daima haram mal ye­yirlər. Ey Peyğəmbər! Əgər onlar səndən öz aralarında hökm verməni tələb etsələr, istəsən onlar arasında hökm ver, ya da istəsən on­lardan üz çevir. Sən bu iki iş arasında ixtiyar sahibisən. Əgər onlar arasında hökm verməsən, sə­nə heç bir şey­lə zə­rər verə biləməzlər. Əgər on­ların ara­sında hökm verməli ol­san, onlar zalım və ya düşmən də olsa, sən yenə də on­ların ara­sında ədalətlə hökm ver. Şübhə­siz ki, Allah, hökmündə, mühakimə olunanlar mühakimə edənlərin düşmənləri olsa, ədalətli olanları sevər.