ذَٰلِكَ أَدۡنَىٰٓ أَن يَأۡتُواْ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجۡهِهَآ أَوۡ يَخَافُوٓاْ أَن تُرَدَّ أَيۡمَٰنُۢ بَعۡدَ أَيۡمَٰنِهِمۡۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱسۡمَعُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ١٠٨
Dhālika adnā an ya'tū bish-shahādati 'alā wajhihā aw yakhāfū an turadda aymānu ba'da aymānihim wattaqullāha wasma'ū wallāhu lā yahdil-qawmal-fāsiqīn
Bu (hökm), onların şəhadəti olduğu kimi vermələri, yaxud andlarından sonra (bu) andların (varislər tərəfindən) rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və (Onu) dinləyin! Allah günahkar qövmü doğru yola yönəltməz.
Təfsir
Hər iki şahidin verdiyi ifadələrə şübhə etdikdə, namazdan sonra onların hər ikisini and içdirmək və şəhidliklərinin qəbul edilməməsi hökmü, onların şəriətə müvafiq qayda da şahidlik etmələri, şahidlik etdikdə ifadələrinə heç bir əlavə və ya naqislik və ya xəyanət etməmələri yaxud andlarının sonradan varislər tərəfindən başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir hökmdür. Onların hər ikisi şahid olduğunun tam əksinə and içərək şahidlik edirlər, sonra da yalan danışdıqları bəlli oluduğu üçün rüsvay olurlar. Şahidlik etdikdə və ya and içdikdə yalan danışmaqdan və xəyanət etməkdən çəkinərək Allahdan qorxun və əmr olunduğunuz şeylərə qulaq asıb qəbul edin! Allah Ona itaət etməyənləri xeyirə müvəffəq etməz.