۞ يَوۡمَ يَجۡمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبۡتُمۡۖ قَالُواْ لَا عِلۡمَ لَنَآۖ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلۡغُيُوبِ ١٠٩
Yawma yajma'ullāhur-rusula fayaqūlu mādhā ujibtum qālū lā 'ilma lanā innaka anta 'allāmul-ghuyūb
Allah elçiləri toplayacağı gün deyəcək: “Sizə nə cavab verildi?” Onlar isə: “Biz heç nə bilmirik. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”– deyə cavab verəcəklər.
Təfsir
Ey İnsanlar! Qiyamət günü Allah bütün elçilərini toplayacağı gün onlara: "Sizi göndərdiyim ümmətləriniz sizə nə cavab verildi?"- deyəcəyini, onlar da cavabı Allaha həvalə edərək: "Bizim elmimiz yoxdur. Ey Rəbbimiz! Şübhəsiz ki, hər şeyi bilən Sənsən, qeybləri bilən yalnız Sənsən!"– deyəcəklərini xatırlayın.