فَإِنۡ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسۡتَحَقَّآ إِثۡمٗا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسۡتَحَقَّ عَلَيۡهِمُ ٱلۡأَوۡلَيَٰنِ فَيُقۡسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعۡتَدَيۡنَآ إِنَّآ إِذٗا لَّمِنَ ٱلظَّٰلِمِينَ ١٠٧
Fa in 'uthira 'alā annahumastahaqqā ithman fa'ākharāni yaqūmāni maqāmahumā minal-ladhīnastahaqqa 'alayhimul-awlayāni fayuqsimāni billāhi lashahādatunā ahaqqu min shahādatihimā wama'tadaynā innā idhal laminaz-zālimīn
Əgər bu ikisinin (müsəlman olmayan bu iki şahidin yalandan şahidlik edərək) günah iş tutduğu aşkara çıxarsa, o zaman onların yerini, haqsızlığa məruz qalmış (varislərdən ölüyə) daha yaxın olan iki kişi tutar və onlar: “And olsun ki, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz (heç kəsin haqqına) təcavüz etmədik. Əks halda biz, əlbəttə, zalımlardan olarıq”– deyə Allaha and içərlər.
Təfsir
Əgər and içdikdən sonra hər ikisinin yalandan şahidlik etdikləri və ya yalandan and içdikləri, yaxud hər ikisinin xəyanət etdikləri aşkar edilsə, o zaman qoy onların yerinə ölən şəxsə daha yaxın olan iki kişi, olduğu kimi şahidlik etsin yaxud and içsin və onlar: "Əlbəttə, bizim o iki nəfərin yalan danışdığına və xəyanət etdiyinə olan şahidliyimiz özlərinin sadiq və əmin insan olmalarına şahidlik etmələrindən daha doğrudur. Biz yalandan and içmədik. Əgər biz yalandan şahidlik etsək, əlbəttə ki, zalımlardan və Allahın qoyduğu hüdudları aşanlardan olarıq"– deyə Allaha and içərlər.