مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٖ وَلَا سَآئِبَةٖ وَلَا وَصِيلَةٖ وَلَا حَامٖ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُواْ يَفۡتَرُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَۖ وَأَكۡثَرُهُمۡ لَا يَعۡقِلُونَ ١٠٣
Mā ja'alallāhu mim bahīratin walā sā'ibatin walā wasīlatin walā hāmin walākinnal-ladhīna kafarū yaftarūna 'alallāhil-kadhiba wa aktharuhum lā ya'qilūn
Bəhirə, saibə, vəsilə və ham (adlandırılıb bütlərə nəzir edilən heyvanlar) barəsində Allah heç nə buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların çoxu isə (bunu) anlamırlar.
Təfsir
Allah sizə dəvə, inək və qoyun kimi heyvanları halal etdi. Allah bu heyvanlardan müşriklər bütləri üçün öz nəfslərinə haram etdiyi bəhirəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), vəsiləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamın (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) heç bir haram etməmişdir. Lakin kafir olanlar qeyd edilən bu heyvanların yalandan və böhtan ataraq Allahın hama etdiyini idda edirlər. Kafirlərin çoxu isə haqq ilə batilin və halal ilə haramın arasını anlamırlar.