وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُواْ حَسۡبُنَا مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ءَابَآؤُهُمۡ لَا يَعۡلَمُونَ شَيۡـٔٗا وَلَا يَهۡتَدُونَ ١٠٤
Wa idhā qīla lahum ta'ālaw ilā mā anzalallāhu wa ilar-rasūli qālū hasbunā mā wajadnā 'alayhi ābā'anā awalaw kāna ābā'uhum lā ya'lamūna shay'an walā yahtadūn
Onlara: “Allahın nazil etdiyinə və rəsula tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəs edər”– deyirlər. Bəs ataları bir şey bilməyib doğru yola yönəlməyiblərsə, necə?!
Təfsir
Bəzi heyvanların haram olması barədə Allahın adından yalan danışıb, iftira yaxanlara: "Halalı haramdan ayırd etməniz bilməniz üçün Allahın göndərdiyi Qurana və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə tərəf gəlin!"– deyildiyi zaman, onlar: "Bizə ata-babalarımızın əqidəsi bəs edər!"– deyirlər. Bu onlara necə bəs edə bilər, axı ata-babaları bir şey anlamamışdılar və haqq yolda da deyildilər?! Onların ardınca yalnız özlərindən də daha cahil və yolunu azan insan gedər, onlar hamısı azğın cahillərdir.