Al-Baqarah surəsi, ayə 87

2:87

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَقَفَّيۡنَا مِنۢ بَعۡدِهِۦ بِٱلرُّسُلِۖ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ أَفَكُلَّمَا جَآءَكُمۡ رَسُولُۢ بِمَا لَا تَهۡوَىٰٓ أَنفُسُكُمُ ٱسۡتَكۡبَرۡتُمۡ فَفَرِيقٗا كَذَّبۡتُمۡ وَفَرِيقٗا تَقۡتُلُونَ ٨٧

Walaqad ātaynā mūsal-kitāba waqaffaynā mim ba'dihī bir-rusuli wa ātaynā 'īsabna maryamal-bayyināti wa ayyadnāhu birūhil-qudusi afakullamā jā'akum rasūlu bimā lā tahwā anfusukumustakbartum fafarīqan kaddhabtum wafarīqan taqtulūn

Biz Musaya Kitab verdik və ondan sonra bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə sizə (göndərilən) elçi nəfislərinizin xoşlamadığı bir şey gətirəndə, siz təkəbbür göstərib onların bir qismini yalançı hesab etdiniz, bir qismini isə öldürdünüz.

Təfsir

Biz Musaya Tövrat verdik. Ondan sonra da bir-birinin ardınca elçilər göndərdik. Biz Məryəm oğlu İsaya da onun doğruluğunu təsdiqləyən - ölüləri diriltmək, anadangəlmə koru və cüzam xəstəliyinə tutulmuş insanları sağaltmaq kimi açıq-aşkar dəlillər bəxş etdik və onu mələk Cəbraillə - Aleyhissəlam - qüvvətləndirdik. Ey İsrail oğulları, məgər hər dəfə sizə Allah tərəfindən göndərilən rəsul nəfsinizə uyğun gəlməyən bir şey gətirdikdə siz haqqa qarşı təkəbbürlük göstərib, özünüzü Allahın rəsullarından üstün hesab etmədinizmi? Onların bir qismini təkzib edib, bir qismini də öldürmədinizmi?!