Al-Baqarah surəsi, ayə 88

2:88

وَقَالُواْ قُلُوبُنَا غُلۡفُۢۚ بَل لَّعَنَهُمُ ٱللَّهُ بِكُفۡرِهِمۡ فَقَلِيلٗا مَّا يُؤۡمِنُونَ ٨٨

Waqālū qulūbunā ghulfu bal la'anahumullāhu bikufrihim faqalīlam mā yu'minūn

Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.

Təfsir

Yəhudilərin Muhəmmədə (səllallahu aleyhi və səlləm) tabe olmamalarının bəhanəsi: "Qəlblərimiz örtülü olduğundan sənin dediklərin qəlbimizə daxil olmur və onu başa düşə bilmirik"– demələri idi. Həqiqət heç də onların dedikləri kimi deyildi. Əksinə, Allah onları, etdikləri küfrlərə görə Öz rəhmətindən qovmuşdur. Buna görə də onlar, Allahın nazil etdiyinin az bir qisminə iman gətirərlər.