Al-Baqarah surəsi, ayə 67

2:67

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تَذۡبَحُواْ بَقَرَةٗۖ قَالُوٓاْ أَتَتَّخِذُنَا هُزُوٗاۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنۡ أَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ ٦٧

Wa idh qāla mūsā liqawmihī innallāha ya'murukum an tadhbahū baqaratan qālū atattakhidhunā huzuwan qāla a'ūdhu billāhi an akūna minal-jāhilīn

Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir!” Onlar: “Sən bizi ələ salırsan?!”– dedilər. (Musa:) “Cahillərdən olmaqdan Allaha sığınıram!”– dedi.

Təfsir

Babalarınızla Musa (Aleyhis-salam) arasında baş vermiş əhvalatı yadınıza salın. Belək ki, Musa Allahın onlara hər hansı bir inək kəsmələrini əmr etdiyini xəbər verdikdə, onlar inək kəsməyə tələsmək əvəzinə, inadkarlıqla: "Sən bizə istehza edirsən" –dedilər. Musa isə cavabında onlara: "Allah adından yalan söyləyib, insanlara istehza etməkdən Allaha sığınıram!"– dedi.