قَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا فَارِضٞ وَلَا بِكۡرٌ عَوَانُۢ بَيۡنَ ذَٰلِكَۖ فَٱفۡعَلُواْ مَا تُؤۡمَرُونَ ٦٨
Qālud'u lanā rabbaka yubayyil lanā mā hiya qāla innahū yaqūlu innahā baqaratul lā fāridun walā bikrun 'awānu bayna dhālika faf'alū mā tu'marūn
Onlar dedilər: “Bizim üçün Rəbbinə dua et ki, onun nə cür (inək) olduğunu bizə bildirsin!” (Musa) dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə əmr ediləni yerinə yetirin!”
Təfsir
Onlar Musaya dedilər: "Rəbbinə dua et ki, kəsilməsini əmr etdiyi inəyin nə cür inək olduğunu bizə bildirsin!". Musa onlara dedi: "Allah buyurur ki, o, nə qoca, nə də cavan olmayan, lakin bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Rəbbinizin əmrini yerinə yetirməyə tələsin!".