فَجَعَلۡنَٰهَا نَكَٰلٗا لِّمَا بَيۡنَ يَدَيۡهَا وَمَا خَلۡفَهَا وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ٦٦
Faja'alnāhā nakālal limā bayna yadayhā wamā khalfahā wamaw'izatal lil-muttaqīn
Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
Təfsir
Biz həddi aşan bu kənd sakinlərini qonşu kəndlərdə yaşayanlar və sonradan gələn insanlar üçün ibrət etdik ki, heç kəs bir daha onların etdikləri kimi edib Allahın əzabına düçar olmasın. Biz bunu Allahın əzabından və həmçinin Onun hədlərini aşanlardan intiqam alacağından qorxan müttəqilərdən ötrü nəsihət olsun deyə etdik.