فَتَلَقَّىٰٓ ءَادَمُ مِن رَّبِّهِۦ كَلِمَٰتٖ فَتَابَ عَلَيۡهِۚ إِنَّهُۥ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ ٣٧
Fatalaqqā ādamu mir rabbihī kalimātin fatāba 'alayhi innahū huwat-tawwābur-rahīm
Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Həqiqətən də, O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Təfsir
Nəhayət Adəm, Rəbbinin ona ilham edib öyrətdiyi, Qurani kərimin bu ayəsində deyilən: (Adəm və Həvva: "Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!" – dedilər) [Əl-Əraf surəsi: 23] kəlmələri ilə Allaha dua etdi. Allah da onun tövbəsini qəbul edib günahını bağışladı. Həqiqətən Pak olan Allah qullarının tövbəsini qəbul edən və qullarına qarşı mərhəmətlidir.