فَأَزَلَّهُمَا ٱلشَّيۡطَٰنُ عَنۡهَا فَأَخۡرَجَهُمَا مِمَّا كَانَا فِيهِۖ وَقُلۡنَا ٱهۡبِطُواْ بَعۡضُكُمۡ لِبَعۡضٍ عَدُوّٞۖ وَلَكُمۡ فِي ٱلۡأَرۡضِ مُسۡتَقَرّٞ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ٣٦
Fa azallahumash-shaytānu 'anhā fa akhrajahumā mimmā kānā fīhi waqulnahbitū ba'dukum liba'din 'aduwwun walakum fil-ardi mustaqarrun wamatā'un ilā hīn
Şeytan isə onları o ağaca yaxınlaşdırmaqla aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”.
Təfsir
Lakin Şeytan Adəm və Həvvaya vəsvəsə verərək Allahın qadağan etdiyi ağacdan yeməyə sövq etdirdi və bunula onları azdırıb günaha saldı. Bunun cəzası olaraq Allah onları nemətlər içində olduqları cənnətdən uzaqlaşdırdı. Allah Adəmə, Həvvaya və Şeytana: "Bir-birinizə düşmən kəsilərək yerə enin, orada sizin üçün ömrünüzün sonuna qədər və qiyamət qopanadək sığınacaq, yaşayış və dolanacaq vardır", -dedik.