Al-Baqarah surəsi, ayə 38

2:38

قُلۡنَا ٱهۡبِطُواْ مِنۡهَا جَمِيعٗاۖ فَإِمَّا يَأۡتِيَنَّكُم مِّنِّي هُدٗى فَمَن تَبِعَ هُدَايَ فَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ٣٨

Qulnahbitū minhā jamī'an fa immā ya'tiyannakum minnī hudan faman tabi'a hudāya falā khawfun 'alayhim walā hum yahzanūn

Biz dedik: “Hamınız oradan (yerə) enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdən sonra Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

Təfsir

Biz onlara dedik: "Hamınız Cənnətdən yer üzünə enin! Əgər sizə elçilərim vasitəsilə hidayət gəldikdə ona tabe olub göndərdiyim elçilərə iman etsəniz axirətdə sizə heç bir qorxu olmaz və dünyada əldə edə bilmədiyiniz dünya nemətlərinə görə hüzünlü olmazsınız.