Al-Baqarah surəsi, ayə 194

2:194

ٱلشَّهۡرُ ٱلۡحَرَامُ بِٱلشَّهۡرِ ٱلۡحَرَامِ وَٱلۡحُرُمَٰتُ قِصَاصٞۚ فَمَنِ ٱعۡتَدَىٰ عَلَيۡكُمۡ فَٱعۡتَدُواْ عَلَيۡهِ بِمِثۡلِ مَا ٱعۡتَدَىٰ عَلَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ ١٩٤

Ash-shahrul-harāmu bish-shahril-harāmi wal-hurumātu qisāsun famani'tadā 'alaykum fa'tadū 'alayhi bimithli ma'tadā 'alaykum wattaqullāha wa'lamū annallāha ma'al-muttaqīn

Haram ay, haram ay qarşılığındadır. Toxunulmazlığı pozmağın cəzası qisas almaqdır. Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir.

Təfsir

Allahın sizi hicrətin 7-ci ilində Məscidulharama daxil olub, ümrə ziyarətini əda etməyi imkan verdiyi haram ayı, müşriklər hicrətin 6-cı ilində sizi Məscidulharama daxil olmanıza mane olduqları haram ayının müqabilidir. Məkkə şəhərinin, haram ayının və ehramın haram olması kimi - haramları da pozmağın cəzası, həddini aşanlardan qisas almaqdır. Kim sizə qarşı bu aylarda həddini aşarsa, siz də onun mislində cavab verin və cavab verdikdə həddinizi aşmayın, çünki Allah həddini aşanları sevməz. Allahın sizə izin verdiyi işlərdə həddinizi aşmaqdan qorxun. Bilin ki, Allah, müvəffəq və yardım etməklə Ondan qorxan qulları ilə birgədir.