Al-Baqarah surəsi, ayə 193

2:193

وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِۖ فَإِنِ ٱنتَهَوۡاْ فَلَا عُدۡوَٰنَ إِلَّا عَلَى ٱلظَّٰلِمِينَ ١٩٣

Waqātilūhum hattā lā takūna fitnatun wayakūnad-dīnu lillāhi fa inintahaw falā 'udwāna illā 'alaz-zālimīn

Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun! Əgər onlar (savaşa) son qoysalar, (bilin ki,) düşmənçilik ancaq zalımlara qarşı olur.

Təfsir

Kafirlərlə, Allaha şərik qoşmayınca, insanları Allahın yolundan mane olmayınca, küfr etməyincə və zahir din yalnız Allahın dini olmayıncaya qədər onlarla vuruşun! Əgər öz küfrlərinə və insanları Allah yolundan mane olmağa son qoysalar, bu zaman onlarla döyüşməkdən əl çəkin, çünki düşmənçilik ancaq küfr edən və insanları Allah yolundan mane olan zalımlara qarşı olur.