Al-Baqarah surəsi, ayə 195

2:195

وَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ ١٩٥

Wa anfiqū fī sabīlillāhi walā tulqū bi aydīkum ilat-tahlukati wa ahsinū innallāha yuhibbul-muhsinīn

(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevər.

Təfsir

Malı, cihad və s. bu kimi Allaha itaət olan işlərdə xərcləyin. Cihadı və bu yolda mal xərcləməyi tərk edərək yaxud özünüzü, sizin məhvinizə səbəb olan təhlükəyə ataraq özünüzü ölümə atmayın. İbadətlərinizdə, davranışınızda və əxlaqınızda yaxşılıq edin! Şübhəsiz ki, Allah, hər bir işində yaxşılıq edənləri sevər, onların savabını çoxaldar və onları doğru yola müvəffəq edər.