يُعَذِّبُ مَن يَشَآءُ وَيَرۡحَمُ مَن يَشَآءُۖ وَإِلَيۡهِ تُقۡلَبُونَ ٢١
Yu'addhibu man yashā'u wayarhamu man yashā'u wa ilayhi tuqlabūn
O, istədiyinə əzab verər, istədiyinə də rəhm edər. Siz Ona qaytarılacaqsınız.
Təfsir
Allah Öz qullarından istədiyinə ədalətlə əzab verir, Öz lütfü ilə də istədiyinə mərhəmət edir. Qiyamət günü hesaba çəkilmək üçün sizi, qəbirlərinizdən təkrarən dirilib yalnız Onun hüzuruna qaytarılacaqsınız!