قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٠
Qul sīrū fil-ardi fanzurū kayfa bada'al-khalqa thummallāhu yunshi'un-nash'atal-ākhirata innallāha 'alā kulli shay'in qadīr
De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah axirət həyatını yaradacaqdır. Allah hər şeyə qadirdir.
Təfsir
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlərə belə de: "Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yoxdan var etdiyini bir düşünün. Allah, insanları öldürdükdən sonra etdikləri əməllərin hesabını vermək üçün onları ikinci dəfə dirildərək yenidən həyata qaytaracaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. İnsanları ilk dəfə yoxdan var edərək yaratması Onu aciz etmədiyi kim, insanlar öldükdən sonra onları yenidən yaratması da Onu aciz etməz!