Al-'Ankabut surəsi, ayə 22

29:22

وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِ وَلَا فِي ٱلسَّمَآءِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ ٢٢

Wamā antum bimu'jizīna fil-ardi walā fis-samā'i wamā lakum min dūnillāhi min waliyyin walā nasīr

Siz nə yerdə, nə də göydə (Allahı) aciz buraxa bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaqdır”.

Təfsir

Siz nə yer üzündə, nə də ki, göydə Rəbbinizin əzabından əsla canınızı qur­tara bilməzsiniz. Allah­dan baş­qa sizin işlərinizi səhmana salan nə bir haminiz var, nə də ki, sizi Onun əzabından qoruyan bir kömək­çi­niz!"