Al-Ahqaf surəsi, ayə 28

46:28

فَلَوۡلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ قُرۡبَانًا ءَالِهَةَۢۖ بَلۡ ضَلُّواْ عَنۡهُمۡۚ وَذَٰلِكَ إِفۡكُهُمۡ وَمَا كَانُواْ يَفۡتَرُونَ ٢٨

Falawlā nasarahumul-ladhīnat-takhadhū min dūnillāhi qurbānan ālihata bal dallū 'anhum wadhālika ifkuhum wamā kānū yaftarūn

Bəs nə üçün Allahı qoyub (Ona) yaxınlaşmaq məqsədilə ilahiləşdirdikləri (bütlər) onlara kömək etmədi?! Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarıdır.

Təfsir

Bəs nə üçün Allahdan başqa ilahiləşdirdik­lə­ri - yaxınlaşmaq məqsə­dilə qarşılarında ibadət edib, qurban kəsdikləri bütlər onlara kömək etmədi?! Qətiyyən onlara kömək etmədilər, ək­si­nə, özləri köməyə möhtac olduqlarından dolayı onlardan uzaqlaşdılar. Bu onların, guya, bu bütlərin onlara fayda verəcəklərinə və Allah yanında onlar üçün şəfaətçilik edəcəklərinə dair nəfslərinin onlara vəd etdiyi yalan və iftiralarından başqa bir şey deyildir.