وَلَقَدۡ أَهۡلَكۡنَا مَا حَوۡلَكُم مِّنَ ٱلۡقُرَىٰ وَصَرَّفۡنَا ٱلۡأٓيَٰتِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ٢٧
Walaqad ahlaknā mā hawlakum minal-qurā wasarrafnal-āyāti la'allahum yarji'ūn
Biz sizin ətrafınızda olan məmləkətləri məhv etdik. Bəlkə doğru yola qayıdalar deyə ayələri onlara (müxtəlif cür) izah etdik.
Təfsir
Ey Məkkə əhli! Biz sizin ətrafınızda olan kəndləri məhv etdik. Biz Ad, Səmud və Lut tayfalarını, habelə, Mədyən əhlini məhv etdik. Biz onlara müxtəlif cür dəlillər və sübutlar gətirdik ki, bəlkə küfrlərindən əl çəkələr.