5 dərsdən 3-ci dərs
Zəkat nədir?
Qurandan
خُذۡ مِنۡ أَمۡوَٰلِهِمۡ صَدَقَةٗ تُطَهِّرُهُمۡ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيۡهِمۡۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٞ لَّهُمۡۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿١٠٣﴾
Onların mallarından sədəqə götür ki, bununla onları (günahlarından) pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ ﴿٢٧٧﴾
Həqiqətən, iman gətirib saleh əməllər edən, namaz qılan və zəkat verənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿٦٠﴾
Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq yalnız fəqirlərə, miskinlərə, zəkatı yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtarıb yolda qalan) müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Sünnədən
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir: "Sədəqə, var-dövlətdən bir şey əksiltməz, nə qədər ki, qul mərhəmətlidir, əvəzində Allah da onun izzətini artırar. Kim Allah üçün təvazökarlıq edərsə, Allah onu ucaldar".
İzah
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, sədəqə sərvəti əksiltməz, əksinə var-dövlətə ziyan vura biləcək bəlaları dəf edər və həmçinin Allah sədəqə verənə mükafatını böyük xeyirlə əvəzləyər, bu isə öz növbəsində malı azaltmaz, əksinə artırar.
İntiqama və cəzalandırmağa imkanı olduğu halda bağışlamaq, sahibinin yalnız qüvvət və izzətini artırar.
İnsan Allahın razılığını qazanmaq üçün, kimdənsə qorxduğuna görə yox və yaxud yaltaqlığa görə deyil, mənfəət əldə etmək məqsədi güdmədən, məhz Allahın Üzünü (razılığını) qazanmaq üçün itaətlik və təvazökarlıq edərsə, mükafatı sözügedən insan üçün ucalıq və şərəf olar.