At-Tawbah surəsi, ayə 60

9:60

۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلۡفُقَرَآءِ وَٱلۡمَسَٰكِينِ وَٱلۡعَٰمِلِينَ عَلَيۡهَا وَٱلۡمُؤَلَّفَةِ قُلُوبُهُمۡ وَفِي ٱلرِّقَابِ وَٱلۡغَٰرِمِينَ وَفِي سَبِيلِ ٱللَّهِ وَٱبۡنِ ٱلسَّبِيلِۖ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٦٠

Innamas-sadaqātu lil-fuqarā'i wal-masākīni wal-'āmilīna 'alayhā wal-mu'allafati qulūbuhum wafir-riqābi wal-ghārimīna wafī sabīlillāhi wabnis-sabīli farīdatam minallāhi wallāhu 'alīmun hakīm

Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq yalnız fəqirlərə, miskinlərə, zəkatı yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtarıb yolda qalan) müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Təfsir

Vacib zəkatlar işi və ya müəyyən bir vəzifəsi olub, lakin öz maddi tələbatını ödəməyə kifayət etməyən və həmçinin ehtiyaclı olduğu insanlar arasında bilinməyən fəqirlərə, heç bir şeyə sahib olmayan, sözündən və zahiri görnüşündən ehtiyaclı olması insanlara arasında bilinən miskinlərə, zəkatı yığıb pay­lamaq üçün imam tərəfindən təyin etdiyi kimsələrə, qəlbləri İslam di­ninə isinişdirmək üçün və ya imanının qüvvətlənməsi məqsədi ilə verilən zəyif imanlı, yaxud da ki, şərindən qorunmaq üçün verilən kimsələrə, kölə­lərin azad olun­masına, israfçılığa yol vermədən və ya günah işləmək məqsədi olmadan borc alıb, qaytarmağa maddi imkanı olmayan borclu­lara, Allah yo­lun­da cihad edən mücahidlərin maddi və texniki ehtiyaclarını təmin edilməsinə və pulu qurtarıb yarı yolda qalan müsafirlərə məx­­sus­dur. Zəkatın yalnız bu kimsələrə məxsus edilməsi Allah tərəfindən təyin edilmiş bir fərzdir. Allah qulların mənfəətlərini daha yaxşı bilir. O, işlərində və şəri hökmlərində hikmət sahibidir.