5 dərsdən 2-ci dərs
Müsəlmanlar niyə gündə beş dəfə namaz qılır?
Qurandan
وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱرۡكَعُواْ مَعَ ٱلرَّٰكِعِينَ ﴿٤٣﴾
Namaz qılın, zəkat verin və rüku edənlərlə birgə rüku edin!
ٱتۡلُ مَآ أُوحِيَ إِلَيۡكَ مِنَ ٱلۡكِتَٰبِ وَأَقِمِ ٱلصَّلَوٰةَۖ إِنَّ ٱلصَّلَوٰةَ تَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۗ وَلَذِكۡرُ ٱللَّهِ أَكۡبَرُۗ وَٱللَّهُ يَعۡلَمُ مَا تَصۡنَعُونَ ﴿٤٥﴾
Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis işlərdən çəkindirir. Allahı zikr etmək daha əzəmətlidir. Allah nə etdiklərinizi bilir.
فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا ﴿١٠٣﴾
Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin. (Düşmənin hücum etməyəcəyindən) arxayın olduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir.
إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ ﴿١٤﴾
Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!
Sünnədən
Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edildiyinə görə Allah Rəsulu - salləllahu aleyhi va səlləm - belə buyurmuşdur: "Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".
İzah
Peyğəmbər - salləllahu aleyhi va səlləm - gün ərzində qılınan beş vaxt namazın, hər həftə qılınan cümə namazının və hər il tutulan Ramazan orucunun böyük günahlardan çəkinilməsi şərti ilə aralarında edilən kiçik günahlara kəffarə olacağını xəbər vermişdir. Amma zina, içki içmək kimi büyük günahlara gəldikdə isə, yalnız tövbə edildiyində bağışlanar.
Abdullah bin Məsudun (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdum: "Hansı əməl Allaha daha sevimlidir?". Buyurdu: "Vaxtında qılınan namaz". Dedi: "Sonra hansı?". Buyurdu: "Valideynə yaxşılıq". Dedi: "Sonra hansı?". Buyurdu: "Allah yolunda cihad" Dedi: Allah Rəsulu mənə bunları söylədi. Əgər soruşmağa davam etsəydim, o da cavab verməyə davam edərdi.
İzah
Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşulur: Hansı əməl Allaha daha sevimldir? Buyurdu ki: "Şəriətin təyin etdiyi vaxtlarda fərz namazlarını qılmaq". Sonra valideynlərə yaxşılıq etmək, onlara münasibətdə mehriban olub ən gözəl tərzdə davranmaq, haqlarını ödəmək və onların üzünə ağ olmamaq. Sonra izzət və cəlal sahibi olan Allahın kəliməsini uca tutmaq, İslam dinini, əhlini, İslamın ayinlərini qorumaq üçün Allah yolunda cihad. Bu isə can və mal-dövlətlə olur.
Və İbn Məsud (Allah ondan razı olsun) dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə bu əməllərdən xəbər verdi, əgər ona "sonra hansı" deyə sual versəydim, artırardı (yəni növbəti əməlləri söylərdi).