Al-Furqan surəsi, ayə 70

25:70

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ٧٠

Illā man tāba wa āmana wa'amila 'amalan sālihan fa ulā'ika yubaddilullāhu sayyi'ātihim hasanātin wakānallāhu ghafūrar rahīmā

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!

Təfsir

Lakin kim Allaha tövbə edərək, Ona iman gətirib və saleh əməllər edərsə, bu onun Allaha sidqi-ürəkdən tövbə etdiyinə dəlalət edər. Allah belə kimsələrin pis əməllərini savaba çevirəcəkdir. Allah, günahlardan tövbə edən qullarını bağış­layandır və onlara qarşı mərhəmətlidir!