وَنُنَزِّلُ مِنَ ٱلۡقُرۡءَانِ مَا هُوَ شِفَآءٞ وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارٗا ٨٢
Wanunazzilu minal-qur'āni mā huwa shifā'un warahmatul lil-mu'minīna walā yazīduz-zālimīna illā khasārā
Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır.
Təfsir
Biz, qəlblərin cəhalətdən, küfrdən, şirkdən və bədənlərindəki xəstəlikdən qurtulsun deyə, Quranda möminlər üçün şəfa nazil edirik. Bu Quran ona əməl edən kimsələr üçün bir şəfadır. Bu Quran kafirlərin ancaq həlakını artırır. Çünki Quranı eşitmək onları qəzəbləndirər, onu yalan saymalarının və ondan üz çevirmələrini bir daha da artırar.