فَأَخۡرَجَ لَهُمۡ عِجۡلٗا جَسَدٗا لَّهُۥ خُوَارٞ فَقَالُواْ هَٰذَآ إِلَٰهُكُمۡ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ ٨٨
Fa akhraja lahum 'ijlan jasadal lahū khuwārun faqālū hādhā ilāhukum wa ilāhu mūsā fanasiy
(Samiri) onlar üçün böyürən bir buzov heykəli düzəltdi. (Buzova məftun olanlar:) “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o (bunu) unutmuşdur”– dedilər.
Təfsir
Samiri, o bərbəzək və zinət əşyalarından İsrail oğulları üçün inək böyürtüsü kimi böyürüb səs çıxaran, ruhsuz bir buzov heykəli düzəltdi. Samirinin etdiyi əmələ məftun olanlar: "Bu sizin və Musanın ilahıdır. Lakin Musa onu unudub, bura da qoyub getmişdir" – dedilər.